Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pezeşkiandan İranda benzin böhranı ilə bağlı xəbərdarlıq
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkədə yaxınlaşan benzin böhranı ilə bağlı xəbərdarlıq edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, dövlət Teleradiosu ilə canlı yayımlanan müsahibəsində danışıb.
"İranda benzin idxalına pul ödənilən zaman büdcə kəsiri yaranır, bu da inflyasiyaya səbəb olur. Nəticədə, aztəminatlı təbəqələr daha çox əziyyət çəkir", - deyə o bildirib.
Hökumət hazırda ölkədə müşahidə edilən enerji çatışmazlığı böhranını "enerji balanssızlığı" kimi qiymətləndirir.
Qeyd edək ki, Prezident Pezeşkianın açıqlaması, İran parlamentinin gələn ilin büdcəsində benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri ilə eyni vaxta təsadüf edib.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Putin və iranlı həmkarı Pezeşkian Suriyada vəziyyəti müzakirə ediblər
- İran millət vəkili od püskürdü: "Zərifi birdəfəlik edam edin, canınız qurtarsın"
- İran prezidentinin oğluna da hökumətdə yüksək vəzifə verilib
- İran prezidenti özünə köməkçi təyin etdi
- Pezeşkian paytaxtı Tehrandan köçürməyə hazırlaşır
Rəylər