Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paşinyan Aİİ sammitinin İrəvanda keçirilməsini yersiz hesab edib
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclasının İrəvanda keçirilməyəcəyini bildirib, çünki onun keçirilməsini yersiz hesab edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Şəxsən mən sammitin Ermənistanda keçirilməsini qeyri-münasib hesab edirəm, çünki Aİİ-nin Ali İqtisadi Şurasının heç də bütün üzvləri Ermənistan üçün arzuolunan deyil", - o bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, dekabrın 25-də Aİİ-yə sədrlik edən Ermənistanın xahişi ilə Rusiya ərazisində - Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. İclasa Paşinyan sədrlik edəcək.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanın KTMT-dən çıxması ilə bağlı sənədlərin daxil olub-olmaması məsələsinə aydınlıq gətirilib
- Ermənistanda 2025-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 20% artırılıb
- Paşinyan: "Ermənistan və KTMT arasında münasibətlər geridönüş nöqtəsini keçib"
- Zaxarova: "Ermənistanın Roma Statutunda iştirakı Rusiya ilə münasibətlərinə zərər verir"
- Ermənistanda zəlzələ baş verib
Rəylər