Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyan: "Ermənistan və KTMT arasında münasibətlər geridönüş nöqtəsini keçib"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qəbul edilən sənədlər Ermənistanı maraqlandırmır, İrəvan və qurum arasında münasibətlər dönüş nöqtəsini keçib".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Biz dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz hər hansı bir sənədin müzakirəsində iştirak etmirik. Biz, sadəcə olaraq, heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarilə özümüzü KTMT-dən kənarda hesab edirik, qoy nə istəyirlərsə, etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta qeyri-mümkün edir. Düşünürəm ki, biz burada geridönüş nöqtəsini keçmişik", - deyə Paşinyan bildirib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan Aİİ sammitinin İrəvanda keçirilməsini yersiz hesab edib
- Ermənistanın KTMT-dən çıxması ilə bağlı sənədlərin daxil olub-olmaması məsələsinə aydınlıq gətirilib
- Paşinyanın qarma-qarışıq halı: Rusiya ilə Qərb arasında vurnuxan İrəvan
- Sülh təklifinə İrəvan nə reaksiya verir?
- Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ İrəvanı təlaşa salıb - "Kaspi"nin TƏHLİLİ
Rəylər