Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda cins itlər sahibini parçalayaraq öldürdülər - Hadisə baş verən ərazidən GÖRÜNTÜLƏR
Bakıda Xətai rayonunun NZS qəsəbəsində faciəvi hadisə baş verib. 70 yaşlı Yaqub Əliyev illərdir saxladığı itlərin hücumuna məruz qalaraq həyatını itirib.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə mərhumun evində baş verib. Ətrafda yaşayanların bildirdiyinə görə, Yaqub Əliyev narahatlıq hiss etdiyi alabay cinsli itinə iynə vurmaq istəyib. Bu zaman it sahibinə hücum edib. Daha sonra eyni evdə saxlanılan digər iki it də kişiyə hücum edərək onu parçalayaraq öldürüb.
Sakinlərinin sözlərinə görə, Yaqub Əliyev uzun müddətdir bu mənzildə tək yaşayırdı. Hadisə baş verən gün də evdə tək olub.
Səs-küyü eşidən qonşular hadisə yerinə gəlsələr də, itlərin qarşısını almaqda çətinlik çəkiblər. Nəticədə mərhum aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Bakıda itlər öz sahibini parçalayaraq öldürüblər.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Ə.Y-nin saxladığı alabay cinsli itlər ona hücum ediblər.
Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.
Nəticədə itlər sahibini parçalayaraq öldürüblər.
Hadisə yerinə polis əməkdaşları çağırılıblar.
Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla iki it saxlayıb.