Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldülər
Bakı metrosunda "yaşıl xətt" - "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.
Metropolitendən Oxu.Az-a verilən məlumata görə, yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbindən platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.
Hazırda "28 May" və " Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.
Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.
"Bakı metrosunda "yaşıl xətt" üzrə "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib".
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Bu səbəbdən "28 may" stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçirilir. Digər əlavə məlumatları təqdim edəcəyik", - deyə məlumatda bildirilib.
Eyni zamanda, metronun "İçərişəhər" və Nizami stansiyalarında böyük sıxlıq qeydə alınıb.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakı metrosundakı problemə görə sabah xüsusi İCLAS OLACAQ - RƏSMİ
- Bakı metrosunda 10 dəqiqəlik intervalın SƏBƏBİ AÇIQLANDI
- Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək?
- Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt YEKUNLAŞACAQ?
- Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞDİ
Rəylər