Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya Federasiya Şurasından Paşinyanın KTMT ilə bağlı bəyanatına cavab
"Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər".
Oxu.Az xəbər verir ki, bunu NEWS.ru-ya müsahibəsində Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatı ilə İrəvan arasındakı münasibətlərdə geridönüş nöqtəsi barədə bəyanatını şərh edərkən deyib.
Rusiyalı senator gec-tez Rusiya, Ermənistan və digər KTMT ölkələri arasında mövcud olan fikir ayrılıqlarının öz həllini tapacağına ümid etdiyini bildirib.
"Prezidentimizin irəli sürdüyü mövqeyə sadiqəm. Biz ümid edirik ki, Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan bu fikir ayrılıqları gec-tez keçəcək. Mən sadəcə KTMT-dən başqa, xarici təhlükə yarandıqda Ermənistanın təhlükəsizliyini kimin təmin edə biləcəyini görmürəm", - Cabarov izah edib.
O, aydınlaşdırıb ki, amerikalılar çətin ki, Ermənistan üçün Rusiyanı və digər KTMT ölkələrini əvəz edə bilsinlər. Senator Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.
"Rusiyanı və ya digər KTMT ölkələrini, kim əvəz edəcək, amerikalılar? Ukraynada ölkəmizi necə əvəzlədiklərini görürük. Yoxsa Afrikadan qaçan fransızlar? Düzünü desəm, düşünürəm ki, bu vəziyyət düzələcək. Ümid edirəm ki, münasibətlərimizdə sağlam düşüncə üstünlük təşkil edəcək. Rusiya Ermənistan xalqının yeganə sadiq dostu olub, indi də bu belədir və yaxın gələcəkdə də bu belə olacaq", - deyə Cabarov fikrini yekunlaşdırıb.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)" teqi üzrə xəbərlər
- Ermənistanın KTMT-dən çıxması ilə bağlı sənədlərin daxil olub-olmaması məsələsinə aydınlıq gətirilib
- Paşinyan: "Ermənistan və KTMT arasında münasibətlər geridönüş nöqtəsini keçib"
- Paşinyanın qarma-qarışıq halı: Rusiya ilə Qərb arasında vurnuxan İrəvan
- Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir
- Lukaşenko KTMT sammitində Ermənistanın iştirak etməməsini şərh edib
Rəylər