Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb
Böyük Britaniyada ABŞ texnologiya korporasiyası "Microsoft"a qarşı 1 milyard funt-sterlinq (1,27 milyard dollar) məbləğində kollektiv antiinhisar iddiası qaldırılıb.
Oxu.Az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
"Scott+Scott" hüquq firması tərəfindən təqdim edilən kollektiv iddiada şirkət "Google" və "Amazon" kimi rəqib şirkətlərin bulud platformaları ilə birlikdə "Windows Server" əməliyyat sistemindən istifadə edən Britaniya korporativ müştəriləri üçün qiymətləri süni şəkildə artırmaqda ittiham olunur. İddia dekabrın 3-də Böyük Britaniyanın Rəqabət Apellyasiya Məhkəməsinə təqdim edilib.
Noyabrın sonunda "Bloomberg" agentliyi mənbələrə istinadən ABŞ-də "Microsoft"a qarşı genişmiqyaslı antiinhisar araşdırmasının başladığını bildirmişdi. Onların məlumatına görə, araşdırmanın mərkəzində "Microsoft"un ofis paketi və təhlükəsizlik proqram təminatından istifadəçiləri öz bulud tətbiqlərinə bağlamaq üçün istifadə etməsi ehtimalı durur. Korporasiya iri hökumət podratçısı olduğu və Pentaqon da daxil olmaqla müxtəlif qurumlardan milyardlarla dollar dəyərində müqavilələr aldığı üçün komissiyanın narahatlığına səbəb olan məsələlərdən biri də "Microsoft"un kibertəhlükəsizlik sahəsindəki uğursuzluqlarıdır.
Rəylər