Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baydenin dövründə ABŞ Kiyevə milyardlarla dollar yardım köçürməyi öhdəsinə götürüb
ABŞ-nin hazırkı Prezidenti Co Baydenin Administrasiyası işə başlayandan bəri Vaşinqton Ukraynaya ümumilikdə 62 milyard dollarlıq hərbi yardım göstərməyi öhdəsinə götürüb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda məlumat verilir.
Sənəddə qeyd edildiyi kimi, ABŞ-nin öhdəsinə götürdüyü 62 milyard dollardan çox hərbi yardıma Rusiyanın hərbi əməliyyata başlamasından sonra 61.4 milyard dollar yardım daxildir.
Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyası Kiyevə 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim etdiyini açıqlamışdı.
"Co Bayden" teqi üzrə xəbərlər
- Tramp Baydenin əfvi ilə əlaqədar saxtakarlıq işinin bağlanmasını tələb edib
- Tramp vəzifəsinə başladıqdan sonra Hanter Baydenin əfvini ləğv edə bilərmi?
- Mask Baydenin oğlunu əfv etmək qərarını tənqid edib
- Baydenin oğlu əfv edildikdən sonra asılılığı olan adamlara kömək göstərmək qərarına gəldi
- Trampdan Baydenin öz oğlunu əfv etməsinə sərt reaksiya
Ən çox oxunanlar
Rəylər