Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Zeynalov Zaman Məhəmməd oğlunun məhkəmə prosesinin ilkin məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham aktını elan etdikdən sonra təqsirləndirilən şəxs sərbəst ifadə verərək bildirib ki, həyat yoldaşını Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib.
Səbəb isə Zeynalova Pərvanə Şahbaz qızının onu evdə bir kişi kimi qəbul etməməsi olub: "Hər dəqiqə 102 xidmətini yığıb məndən şikayət edirdi. 20 dəfə şikayət edib məndən. Deyirdi sən nə kişisən? Mən 2 dəfə məhkumluq həyatı yaşamışam. Bu sözləri necə qəbul edə bilərdim? Uşaqlara söz deməyə qoymurdu".
Məhkəmə prosesi 12 iyun tarixinə kimi təxirə salınıb.