"Bakı Ağ Şəhər yol infrastrukturunun yenidən qurulması" layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla biraşırımlı layihələndirilib.
Körpünün layihələndirməsini yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həllərini isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti işləyib.
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.
Bakıda unikal piyada körpüsü inşa edilir