"Tikilən binalarda parklanma yerləri nəzərə alınmır".
Oxu.Az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Azərbaycan Radiosunda yayımlanan "Avtoreyd" proqramında deyib.
O bildirib ki, yeni tikilən binalarda sakinlərə uyğun parklanma yerləri təşkil olunmalıdır:
"Vətəndaşlar avtomobillərini saxlamaq üçün kənarda yer axtarırlar. Bu isə istər-istəməz narazılığa səbəb olur. Düşünürəm ki, məsələyə nəzarət olunmalıdır. Tikintiyə icazə verilən qurumlar şərt qoymalıdırlar ki, bu binada yaşayan 70-80% sakini qarajla təmin etsinlər. Bir çox Avropa ölkələrində belə tələblər var. Bizdə isə yeraltı parkinqi hər hansısa bir obyektə çevirərək işlədirlər" - deyə o bildirib.
Ətraflı süjetdə:
"Tikilən binalarda parklanma yerləri nəzərə alınmır".
Rəylər