"Mayın 21-də saat 15:20-də təcili tibbi yardım vasitəsilə dörd nəfər (ikisi kişi, ikisi qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, daha ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan şəxslər zəruri tibbi xidmətlərlə təmin olunublar.
Göstərilən tibbi xidmətlərdən sonra vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib.
Daha sonra valideynin yazılı iltizamnaməsi əsasında onların hər biri ambulator müalicə üçün evə buraxılıb.
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ - AÇIQLAMA
Aytac Qasımova
23:06
Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar.
APA xəbər verir ki, ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, şəhərin 13-cü mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.
21:45
Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
APA xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib.
Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.