Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU
Bakıda "Ucuzluq" univermaqlar şəbəkəsinin külli miqdarda pulunu mənimsəyən Nicat Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, təqsirləndirilən şəxs cinayət işində zərərçəkmiş şəxs kimi tanınan sahibkar Oruc Quliyevə 69 800 manat ziyan vurub.
Araşdırmalarla məlum olub ki, şirkətə məxsus və mənimsənilən pulların əksəriyyəti "TikTok" sosial platformasında hədiyyə kimi ("şir" və "universal" tipli pullu jetonlar) müxtəlif şəxslərin hesablarına göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda kişi küçədə arvadını 35 bıçaq zərbəsi ilə ÖLDÜRDÜ: Ana oğluna haqq qazandırdı
- İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi
- Yeddi uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salındı - SƏBƏB
- "İnteraz" TV-nin rəhbəri Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə türkiyəli kuryer dindirildi
- Yeni il gecəsi iş yerində iki nəfəri qətlə yetirən şəxs 20 il müddətinə məhkum olundu
Rəylər