Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeddi uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salındı - SƏBƏB
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hakim qeyd edib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etmədiyi üçün məhkəmə prosesini davam etdirmək mümkün deyil.
Bu səbəbdən proses dekabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
"Vəzifə səlahiyyətlərindən sui-istifadə" teqi üzrə xəbərlər
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- On altı min manatdan çox mənimsəmədə ittiham olunan vəzifəli şəxs bəraət istəyir
- Qəbələdə sahibkarı şantaj edən zabitin cəzası azaldıldı
- Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu
- "Beynəlxalq Bank"ın sabiq şöbə müdiri məhkəmə zalında həbs olundu