Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fernandu Santuş millinin D liqasına yuvarlanmasında günahı özündə görmür
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş heyətdən kənarda saxlayacağı futbolçuların siyahısını hazırlayıb.
Sportinfo.az-a xəbər verir ki, dekabrın əvvəlində AFFA rəhbərliyi ilə İcraiyyə Komitəsi səviyyəsində görüşə hazırlaşan portuqaliyalı çalışdırıcı komandada görmək istəmədiyi futbolçuların adlarını ora daxil edib.
Siyahıda 4 futbolçu yer alıb. Sözügedən oyunçuların adları isə hələ ki açıqlanmayıb. Qarşıdakı günlərdə bu rəqəm daha da arta bilər.
Çünki, 70 yaşlı mütəxəssis köməkçilərinin hər birinə Millətlər Liqasının oyunlarının təhlilini aparmağı və analizlərin ayrı-ayrılıqda ona təqdim olunmasını tapşırıb.
Santuş bu qənaətdədir ki, yığmanın C Liqasından aşağıya - D Liqasına yuvarlanması sırf bəzi oyunçuların məsuliyyətsizliyindən qaynaqlanır.
O, ümumiyyətlə, özündə günah görmür, işinin öhdəsindən layiqincə gəldiyini düşünür. Baş məşqçi hesab edir ki, futbolçular klubla milli arasında ciddi fərq qoyur, bura gələndə yaxşı nəticə yox, özünü qorumaq barədə fikirləşirlər.
"Fernandu Santuş" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Fernandu Santuş: "Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm"
- Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq"
Rəylər