Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Sabah"ın yeni çalışdırıcısı bəlli olub
"Sabah"ın baş məşqçisi postuna namizədlərdən biri bəlli olub.
Oxu.Az xəbər verir ki, bu gün Krunoslav Renduliçlə yollarını ayrılan Bakı klubunu rusiyalı mütəxəssis Vasili Berezutski çalışdıra bilər.
Rusiya millisinin sabiq futbolçusu ilə danışıqlara start verilib. "Sabah" rəhbərliyi baş məşqçi kimi təcrübəsi olmayan 42 yaşlı mütəxəssisin komandanı daha yüksək pillələrə daşıyacağı qənaətindədir.
Qeyd edək ki, Berezutski hazırda Çinin "Şanxay Şenxua" klubunda Leonid Slutskinin köməkçilərindən biridir. O, bunadək Aleksey Berezutski və Viktor Qonçarenkonun rəhbərliyi altında Rusiya MOİK-ində, həmçinin sonuncu ilə "Krasnodar"da çalışıb.
"Sabah" klubu baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Krunoslav Renduliç bu ilin martında "Sabah" klubuna baş məşqçi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, "Sabah" bu mövsüm Renduliçin başçılığı altında 18 oyunda cəmi beş görüşdə qalib gəlib. Yeddi heç-heçə, altı dəfə isə məğlubiyyət əldə edib.
Rəylər