Şəki Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilən Anar Səmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və onun cəzası 5 ilə endirilib.
İttihama görə, Anar Səmədov Qəbələ Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edib. O, çalışdığı müddətdə 2021-ci ilin yay aylarında sahibkar S.M.-i (ad, soyadı şərti) şantaj edərək ondan 1000 manat pul tələb edib. Daha sonra təqsirləndirilən şəxs S.M.-dən 14 avqust 2021-ci tarixdə 220 manat məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçirib.
Rəylər