Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Black Friday" endirimləri realdır?
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da "Black Friday", yəni "Qara Cümə" həftəsi başlayıb. Geyim, aksesuar, elektron məhsullar satılan mağazalarda vətəndaşlara xüsusi endirimlər təklif olunur.
Bəs bu endirimlər nə dərəcədə realdır? İnsanlar "Qara Cümə" endirimlərindən yararlana bilirlərmi? Baku TV sözügedən endirimlərlə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Vətəndaşların əksəriyyəti qeyd olunan endirimlərdən yararlanmadıqlarını bildiriblər:
"60 manatlıq məhsulu 100 manata qaldırırlar, daha sonra endirim adı ilə təkrar 60 manata satırlar. Bunun nəyi endirimdir?".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi mağazalar real endirim tətbiq etsələr də, alınmayan yararsız məhsulları "Qara Cümə" bəhanəsi ilə satan şəbəkələr də az deyil. Bu hal daha çox elektron məhsullar satan mağazalarda baş verir. Vətəndaş məhsulu geri qaytarmaq istədikdə isə endirimli malların geri qaytarılmadığı bildirilir.
"Sözügedən günlərdə satışa yaramayan, geri qaytarılan, istehsal zamanı qüsuru olan mallar istehlakçılara sırınır. Əgər alıcılar mürəkkəb texniki vasitələr - paltaryuyan, kompüter və s. alırlarsa, satıcının yanında onun işlək vəziyyətdə olduğunu yoxlasınlar", - deyə E.Hüseynov bildirib.
Ətraflı süjetdə:
Rəylər