"Paytaxtın Hövsan-Suraxanı yolunun Dәdә Qorqud qәsəbəsindən keçən hissəsində baş verən hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
O qeyd edib ki, hadisə bu gün səhər saat 07:00-da Pirşağı-Mehdiabad yolunda baş verib.
"Belə ki, "KIA Rio" markalı 99-OU-215 nömrə nişanlı avtomobilin sürücüsü Mürsəl Əliyev idarəetməni itirərək nəqliyyat vasitəsini dəmiryol xəttinin hasarına çırpıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır", - deyə R. Tağıyev bildirib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən isə Oxu.Az-a bildirilib ki, Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmiryol xəttinin üzərinə aşıb:
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halları baş verməyib. Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır".
12:08
Bakının Sabunçu rayonunda Pirşağı stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, avtomobil əvvəlcə dəmiryolu reyslərinə çırpılıb, sonra isə qatar yoluna aşıb.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.
Videonu təqdim edirik:
Əzizə İsmayılova