Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Nurlan Kamil oğlu İmamquliyevə məxsus 1 ədəd "RQM-D" markalı əl qumbarası və 1 ədəd "DVM" markalı partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində köhnə tunelin içərisində aşkar edilərək götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər