Ölkə ərazisində mayın 19-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4-dək isti, gündüz 4-8 dərəcə isti olacaq.
Rəylər