Tovuzda qadını avtomobil vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə ötən gün İbrahimhacılı kəndində qeydə alınıb.
Kənd sakini Kimya Bağırova avtomobillə vurulub. Nəticədə qadın hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinərək hadisə yerindən qaçan "Toyota Auris" markalı avtomobilin sürücüsü Ramil Əkbərov müəyyən olunaraq saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.
Rəylər