Sumqayıtda qaynı arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruhanə Quluzadə saxlanılıb.
Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər