Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun barəsində həbs qətimkan tədbiri uzadılıb.
"Report" xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə müstəntiqin vəsatəti əsasında Emin İbrahimov barəsində tədbir daha 2 ay uzadılıb.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Rəylər