Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura keçiriləcək doqquz görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, "Klub Brügge" "Aston Villa" ilə, "Şaxtyor" isə "Yanq Boyz"la saat 21:45-də üz-üzə gələcək.
Günün böyük maraqla gözlənilən görüşlərində "İnter" "Arsenal"la, PSJ isə "Atletiko Madrid"lə qarşılaşacaq.
Qeyd edək ki, görüşlər gecəyarısı start götürəcək.
06 Noyabr
UEFA Çempionlar Liqası
IV tur
Saat 21:45, "Brügge" - "Aston Villa";
Saat 21:45, "Şaxtyor" - "Yanq Boyz";
Saat 00:00, "Bavariya" - "Benfika";
Saat 00:00, "Srvena Zvezda" - "Barselona";
Saat 00:00, "Feyenoord" - "Zalsburq";
Saat 00:00, "İnter" - "Arsenal";
Saat 00:00, PSJ - "Atletiko Madrid";
Saat 00:00, "Sparta Praqa" - "Brest";
Saat 00:00, "Ştutqart" - "Atalanta".
Rəylər