Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Hakimlər Komitəsi İspaniyadan olan hakimləri Avrokuboklardan kənarlaşdırıb.
Oxu.Az xəbər verir ki, İspaniyadan olan hakimlərin artıq ikinci turdur ki təyinat almamasının təsadüfi olmadığı üzə çıxıb.
"Relevo" bunun AÇ-2024-ün İspaniya - Almaniya (2:1) matçındakı hakim səhvinə (Mark Kukurelya cərimə meydançasında əl ilə oynasa da, referi penalti təyin etməyib) verilən şərhlərlə bağlı olduğunu üzə çıxarıb.
İngilis Mark Teylorun səhvi ilə bağlı mətbuata təkcə mütəxəssislər deyil, bu ölkədən olan hakimlər də rəy bildiriblər ki, bu da UEFA tərəfindən demarş kimi qiymətləndirilib.
Nəticədə ispaniyalı hakimlər ardıcıl ikinci həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oyunlara təyinat almayıblar.
Qeyd edək ki, bu qeyri-rəsmi diskvalifikasiyanın nə qədər davam edəcəyi məlum deyil.
Rəylər