Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi maliyyə böhranı üzündən səhmlərini satışa çıxarıb
UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Lion" klubu maliyyə böhranı yaşayır.
Oxu.Az "L'Équipe"ə istinadən xəbər verir ki, cümə günü klubun sahibləri Fransanın peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilata (DNCG) hesabat təqdim edəcəklər.
"Lion" xəzinəni doldurmaq üçün müxtəlif yollara baş vurur ki, 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin "Kristal Pelas" klubunun sahibinə satılması, həmçinin bir sıra futbolçuların transfer bazarına çıxarılması mümkün variantlardan ən realı kimi dəyərləndirilir.
Qeyd edək ki, "Qarabağ" - "Lion" matçı noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Rəylər