Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report" xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.
Məlumata görə, Nurəddin Əli oğlu Əzimovun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Fatma Kazım qızı Həşimovanı vurub.
Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər