Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada növbəti tədbir baş tutub.
Oxu.Az xəbər verir ki, Ticarət və İnvestisiya Pavilyonunda keçirilən tədbirdə "Yaşıl artım portalı"nın təqdimatı olub.
Portal Azərbaycan İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanıb.
Təqdimata Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da qatılıb.
#COP29 (@COP29_AZ) çərçivəsində #İqtisadiyyatNazirliyi (@MinEconomyAZ) ilə @Harvard Universitetinin "Growth Lab" (@HarvardGrwthLab) Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal "Yaşıl artım portalı"nın təqdimatı keçirildi. Dərin təhlil və fundamental… pic.twitter.com/0uAMlewFKW
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024
Daha çox foto burada: PhotoStock.az
Şəhriyar Səmədov