Rusiya baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP29) çərçivəsində yüksəksəviyyəli plenar iclasda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
Səfər çərçivəsində Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qurumdan bildirilib ki, bu il iqlim sammitində hüquq-mühafizə ictimaiyyətinin iştirakı Azərbaycan Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi tərəfindən BƏƏ Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə təşkil edilib.
Hüquq-mühafizə ictimaiyyəti nümayəndələrinin COP29-da iştirakının məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.