"Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycanda da ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:
"Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərdə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə də ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".
Məhərrəm Əliyev