Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vüqar Həşimovun bacısı partlayışda xəsarət alan valideynlərinin durumundan danışdı
"Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
Bu barədə Oxu.Az-a açıqlama verən Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva valideynlərinin vəziyyətinin ağır olduğunu bildirib.
"Hazırda atamda ağır yanıq xəsarəti var. Həkimlər atamın təcili əməliyyata alınmalı olduğunu bildirərək Yanıq Mərkəzinə göndərdilər. Anamda isə ağır sınıq və yanıq xəsarətləri var. Hazırda cavab gözləyirik. Valideynlərimin vəziyyətləri ağırdır", - deyə S.Allahverdiyeva əlavə edib.
Xatırladaq ki, bu gün Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Partlayış zamanı mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimova xəsarət alıblar.
"Sumqayıtda partlayış" teqi üzrə xəbərlər
- Sumqayıtdakı partlayışda şok keçirən qadın öldü
- Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
- Sumqayıtda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin təxliyə edilib
- Sumqayıtda partlayış baş verən binaya elektrik enerjisi və qaz nə vaxt veriləcək?
- Sumqayıtda baş verən partlayış hadisələrinə görə KOMPENSASİYA ödənilməlidirmi?
Rəylər