Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
Güləş üzrə Azərbaycan çempionatında karyerasını bitirən Murad Süleymanov (86 kq) yenidən xalçaya qayıdacaq.
Idman.biz-in əldə etdiyi məlumata görə, sərbəst güləşdə mübarizə aparacaq idmançı 5 illik fasilədən sonra yarışa qatılacaq.
Eyni növdə Süleymanovla yanaşı, müəyyən müddətdir güləşməyən qitə birinciliklərinin mükafatçıları Əfqan Xaşalovla Mahir Əmiraslanov (hər ikisi 61 kq) da Azərbaycan çempionatında güclərini yoxlayacaqlar.
Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnərək medalsız qalan yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) da yarışda iştirakı gözlənilir. Həmçinin "klassiklər" arasında son dünya çempionları Nihat Məmmədli (60 kq) ilə Ülvi Qənizadə (72 kq) də ölkə çempionatına qatılacaqlar.
Qeyd edək ki, 4 gün olacaq Azərbaycan çempionatında dekabrın 24-25-də yunan-Roma, növbəti 2 gündə isə sərbəst güləşçilər medal uğrunda yarışacaqlar.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
Rəylər