Bu gecə Cənubi Amerika ölkələri arasında Dünya çempionatının seçmə mərhələsinin 11-ci turunda Argentina Paraqvayın qonağı olub.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 11-ci dəqiqəsində Lautaro Martines qonaqları hesabda irəli çıxarıb.
Daha sonra toparlanan Paraqvay futbolçuları məğlubiyyətdən xilas olmağı bacarıblar. Əvvəlcə Sanabria 19-cu dəqiqədə hesaba tarazlıq gətirib. Alderte isə 47-ci dəqiqədə vurduğu qolla komandasına üç xal qazandırıb - 2:1.
Qeyd edək ki, turun digər görüşlərində Ekvador Boliviyanı 4:0 hesabı ilə məğlub edib, Venesuela - Braziliya görüşü isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Rəylər