Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünya çempionatının ilk günündə dörd güləşçimiz mübarizəyə start verəcək
Azərbaycanın dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada start götürəcək dünya çempionatında mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Nəhayət, Qurban Qurbanov (82 kq) təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
- Millinin baş məşqçisi: "Olimpiya Oyunlarındakı uğursuzluğa görə Azərbaycan xalqından üzr istəyirəm"
- Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar
Rəylər