Dünya Çempionatı 2026-nın seçmə mərhələsində baş tutacaq Paraqvay - Argentina oyunu ərəfəsində stadiona girişlə bağlı qadağalar tətbiq olunacaq.
Oxu.Az xəbər verir ki, yerli azarkeşlərə rəqib forması ilə arenaya daxil olması qadağan edilib.
Paraqvaylı azarkeşlər təkcə Argentina millisinin deyil, bu komandanın futbolçularının klubundakı formasını da geyinə bilməzlər. Yerli federasiya ölkədə Lionel Messinin çox sayda fanatı olduğundan onların "İnter Mayami"dəki geyimlə matça gəlməsindən ehtiyatlanır.
Qeyd edək ki, Paraqvay - Argentina oyunu noyabrın 15-də keçiriləcək.
Rəylər