"Ermənilərin çoxu övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk ediblər".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən insanlar ölkəni tərk ediblər.
Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı heç bir statistik məlumat yoxdur:
"Mühacirətə görə nə qədər Ermənistan vətəndaşının lazımi təhsil almaq imkanını itirdiyi məlum deyil".
Baş nazir bu insanların böyük potensiala malik olduqlarına və müxtəlif sahələrdə ciddi uğurlar qazana biləcəklərinə də əmin olduğunu bildirib.
Mənbə: Sputnik
Rəylər