Qırğızıstan paytaxtı Bişkekdə aeroportda bomba həyəcanı yaşanıb.
Hava limanına bomba qoyulması ilə bağlı daxil olan xəbərdən dərhal sonra sərnişinlər və əməkdaşlar təcili təxliyə ediliblər.
Əraziyə cəlb olunan təhlükəsizlik və fövqəladə hallar xidmətinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.
Mənbə: 24.kg
Rəylər