"Əgər ölkə hakimiyyəti "Xarici agentlər haqqında" Qanundan imtina etməsə, Avropa İttifaqı (Aİ) Gürcüstanı ittifaqa üzv olmaq üçün namizəd statusundan məhrum edə bilər".
Bu barədə Aİ rəsmisinin sözlərinə istinadən məlumat yayılıb.
"Oktyabr ayında qanun layihəsi geri götürülməsə, Avropa Komissiyası Gürcüstan hökumətinə üzvlük prosesinə daxil olan ölkələrlə bağlı illik hesabatını dərc edərkən namizəd ölkə statusunu təsdiq etməyəcəyi barədə məlumat verəcək", - deyə qurum rəsmisi bildirib.
Qeyd edilib ki, mayın sonuna doğru Aİ xarici işlər nazirləri görüşəcəklər və çox güman ki, blokun qanun layihəsinin təsdiqinə potensial reaksiyasını müzakirə edəcəklər.
Bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi "Xarici agentlər haqqında" Qanun layihəsinə veto qoyub. O bu barədə prezident administrasiyasında keçirdiyi brifinqdə danışıb.
Mənbə: Foreign Policy
Rəylər