Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moskvalılar yerli “Hatiko”nun sahibini axtarırlar - FOTO/VİDEO
Rusiya paytaxtında Lianozovo platformasının çıxışı yaxınlığındakı metro keçidində artıq iki həftədir ki, tərk edilmiş it yaşayır. Sakinlər onu yerli “Hatiko” adlandırırlar.
Məlumata görə, it dekabrın 8-də metro stansiyası yaxınlığında peyda olub. O gündən insanlar ona su və yemək gətiriblər.
Qeyd edək ki, itə bu ad Yaponiyadakı Hatikonun hekayəsinə görə verilib. Belə ki, it sahibi Hidesaburo Uenonu hər gün vağzala kimi ötürür, o, işdən qayıdanda isə vağzalda qarşılayardı. Bir gün sahibi işdə qəfil ölür. İt bunu bilmir və növbəti doqquz il dəmiryol vağzalında sahibini gözləməyə davam edib.
Mənbə: News.ru
Rəylər