Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda bələdiyyə seçkisinə namizədlərin irəli sürülməsi prosesi başlayır
Azərbaycanda bələdiyyə seçkisinə namizədlərin irəli sürülməsi prosesi başlayır.
Oxu.Az xəbər verir ki, bu Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Qeyd edilib ki, seçkinin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır.
MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkisi 2025-ci il yanvarın 29-na təyin edilib.
Xatırladaq ki, Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyə seçkisində namizəd qismində iştirak edə bilərlər.
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisinin yekunları 2025-ci il fevralın 23-dək elan ediləcək
- Bələdiyyə seçkisində müşahidə aparmaq üzrə xüsusi icazələrin alınması üçün son tarix açıqlandı
- Bələdiyyə seçkisi ilə bağlı seçici siyahısının məlumat lövhələrində yerləşdirilməsi vaxtı AÇIQLANDI
- Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
- Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib