Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
"TikTok" platforması yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymağı planlaşdırır.
Oxu.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, bu filtrlər üz cizgilərini dəyişdirərək istifadəçiləri daha cazibədar göstərə bilər. Xüsusilə göz və dodaqların ölçüsünün artırılması, dəri rənginin dəyişdirilməsi bu filtrlərin əsas funksiyalarındandır.
"TikTok" rəhbərliyi hesab edir ki, gözəllik filtrlərinin istifadəsi yeniyetmələrdə narahatlıq və özünəinamın azalmasına səbəb ola bilər. Buna görə də, sosial şəbəkə bu funksiyaya yeniyetmələrin girişini məhdudlaşdırmağı nəzərdə tutur. Bununla belə, gənc istifadəçilər hələ də dovşan qulağı, it burnu kimi virtual heyvan maskalarını istifadə edə biləcəklər.
"TikTok" teqi üzrə xəbərlər
- "TikTok" yüzlərlə moderatoru işdən çıxaracaq
- "TikTok" bu ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videoçarxı silib
- TIR ilə "Sevgilimə güvənirəm" çağırışı edən cütlüyün görüntüləri sosial mediada viral oldu
- "TikTok" Rusiya KİV-in hesablarını silib
- Qohumlarının onminlərlə manatını alıb "TikTok"da xərclədi
Rəylər