Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Real Madrid" antirekorda imza atdı
İspaniyanın "Real Madrid" futbol klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra liqa mərhələsində üç oyunu uduzan ilk komanda olub.
Oxu.Az xəbər verir ki, bu barədə idman statistikası üzrə ixtisaslaşmış "Opta" şirkəti özünün sosial şəbəkə hesabında bildirib.
Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Kral klubu" "Liverpul"a 0:2 hesabı ilə məğlub olub. Daha öncə Madrid təmsilçisi İtaliyanın "Milan"ına və Fransanın "Lill"inə uduzub.
İspan klubu hazırda UEFA Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir. Turnirin liqa mərhələsinin qalan üç oyununda komanda "Atalanta", "Red Bull Zalsburq" və "Brest"lə qarşılaşacaq.
Qeyd edək ki, liqa mərhələsinin turnir cədvəlinə niderlandlı mütəxəssis Arne Slotun "Liverpul"u başçılıq edir.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- ÇL-in Liqa mərhələsində V turun son oyun gününün ən yaxşı futbolçuları
- Çempionlar Liqası: "Liverpul" "Real Madrid"ə şans vermədi, "Yuventus" "Aston Villa" ilə bacarmadı
- UEFA Çempionlar Liqası: V tura doqquz görüşlə yekun vurulacaq
- Vinisius Junior uzun müddət yaşıl meydanlardan kənar qalacaq
- La Liqa: "Real Madrid" səfərdə "Leqanes"i darmadağın etdi
Rəylər