Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Həbsxanalarda məhkumlara süni intellekt nəzarət etməyə başladı: Qırğızıstandan maraqlı təşəbbüs
Qırğızıstanın islah müəssisələrində məhbusların və personalın nizam-intizama riayət etməsinə nəzarət məqsədilə süni intellektin tətbiqinə başlanıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə respublikanın Ədliyyə Nazirliyi məlumat verib.
Bildirilir ki, istintaq təcridxanası və koloniyalara quraşdırılmış müşahidə kameraları yanğın, dava-dalaş, insanların icazəsiz toplaşması, qadağan olunmuş yerlərdə olma, həmçinin müəssisə rəhbərliyi tərəfindən postun tərk edilməsini aşkar edə bilir.
"Həmçinin, cəzaçəkmə sistemindəki müəssisələrimizdəki kameralar cinsi, yaşı, geyimi tanıya bilir", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Qırğızıstanda təxminən 11 min nəfərin saxlanıldığı 15-dən çox islah koloniyası və istintaq təcridxanası var.
"Süni intellekt" teqi üzrə xəbərlər
- Tramp administrasiyasında yeni vəzifə planlaşdırılır: "Süni intellekt çarı"
- Süni intellekt UEFA Çempionlar Liqasında bu gün keçiriləcək görüşlərin qaliblərini açıqlayıb
- Türkiyədə insanabənzər robot tələbələrə dərs deməyə başladı: Nə qədər maaş alacaq?
- Süni intellekt 14 yaşlı yeniyetməni öldürdü
- İqlim problemləri ilə mübarizədə süni intellektin rolu müzakirə edilib
Rəylər