Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Süni intellekt UEFA Çempionlar Liqasında bu gün keçiriləcək görüşlərin qaliblərini açıqlayıb
Süni intellekt bu gün keçiriləcək UEFA Çempionlar Liqası oyunlarında hansı komandalarının qalib gələcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, "Milan" - "Slovan Bratislava" görüşündə İtaliya təmsilçisinin, "Sparta Praqa" - "Atletiko Madrid" matçında qonaq komandanın, "Barselona" - "Brest" görüşündə "kataloniyalılar"ın qalib gələcəkləri bildirilir. "Bavariya" ilə PSJ-nin oyununun isə heç-heçə hesabla bitəcəyi təxmin edilib.
Süni intellektin fikrincə, "İnter" - "Leypziq", "Mançester Siti" - "Feyenoord" görüşləri meydan sahiblərinin qələbəsi ilə başa çatacaq.
"Sportinq" - "Arsenal" görüşündə Portuqaliya təmsilçisinin qalib gələcəyi təxmin edilib.
"Atalanta"nın isə "Yanq Boyz" səfərindən üç xalla qayıdacağı gözlənilir.
Qeyd edək ki, "Slovan Bratislava" - "Milan", "Sparta Praqa" - "Atletiko Madrid" oyunları saat 21:45-də, digər görüşlər isə saat 00:00-da başlanacaq.
Rəylər