İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Dəməşq-Beyrut magistral yolu ilə hərəkət edən və "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib.
Məlumatı Livan mətbuatı yayıb.
Qeyd olunub ki, birbaşa zərbə nəticəsində avtomobil tamamilə yanıb, maşının içərisində olan hərbçilərin ağır yaralandıqları bildirilir.
Məlumata görə, vurulan avtomobil "Hizbullah"ın səhra komandirlərindən birinə məxsusdur.
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib
Mənbə: Al Watan
Rəylər