Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Podkastın budəfəki qonaqları şərqşünas Ruslan Süleymanov və politoloq İlqar Vəlizadə olublar.
Müzakirənin əsas mövzusu mayın 19-da İran rəsmilərinin helikopter qəzası nəticəsində həyatını itirməsi, qəzanın ehtimal olunan səbəbləri, baş verən hadisənin bölgəyə və dünyaya təsirləri olub.
Verilişdə, həmçinin, İranda növbədənkənar seçkinin nə zaman keçiriləcəyi, İsrailin sözügedən qəzaya münasibəti və digər maraqlı məqamlar müzakirə edilib.
Daha ətraflı məlumat videomaterialda:
Həmid Həmidovla "Danışaq?" layihəsində İran rəsmilərinin ölümü və bölgədəki vəziyyət müzakirə edilib