Jurnalist Həmid Həmidov "Danışaq?" layihəsinin yeni buraxılışında daha bir videomüsahibə təqdim edib.
Ənənəvi podkastın budəfəki qonağı Bakı Abadlıq Xidmətinin arxitektoru Rüfət Quliyev olub.
O, paytaxtın arxitektura görkəminə cavabdeh olan Bakı Abadlıq Xidmətinin fəaliyyətindən, strukturundan və rəhbərliyindən danışıb.
Müsahibədə yenidənqurma və restavrasiya (bərpa) arasındakı fərqlərə xüsusi diqqət yetirilib. Arxitektor restavrasiyaya ehtiyacı olan tikililərin hansı meyarlarla müəyyən edildiyini açıqlayıb və Bakının bəzi memarlıq abidələrinin tarixi görkəminin dəyişdirilməsi kimi ağrılı mövzuya toxunub.
Söhbət zamanı şəhər infrastrukturunun inkişafının aktual məsələlərindən də bəhs edilib. Rüfət Quliyev paytaxtın Baş planından danışıb, tramvayın şəhərin küçələrinə qaytarılması imkanlarını müzakirə edib və nəqliyyat sıxlığı probleminin innovativ həlli yollarını təklif edib.
Həmçinin Bakının COP29 beynəlxalq iqlim konfransına hazırlığı mövzusuna da toxunulub. Rüfət Quliyev bu mühüm hadisə ərəfəsində aparılan bərpa işlərinin miqyasını açıqlayıb.
Daha ətraflı videosüjetdə:
Jurnalist Həmid Həmidov "Danışaq?" layihəsinin yeni buraxılışında daha bir videomüsahibə təqdim edib.
Rəylər