İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 126 min nəfər əhalisi olan Rəngkasbitunq şəhərindən 117 km cənubda olub. Zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: TASS
Rəylər