Anar Həsənov yazır...
Kriştianu Ronaldu və Lionel Messi arasında uzun illər davam edən rəqabət artıq yeni futbol dövrünün kölgəsində qalmağa başlayıb desək, yanılmarıq. Bunu deməyə əsas verən məqam isə hər iki ulduzun adının 2002-ci ildən bu yana ilk dəfə "Qızıl Top" mükafatçıları siyahısına salınmamasıdır.
Ronaldu-Messi rəqabətini yenidən yaşada biləcək futbolçular siyahısında "Real Madrid" klubunun ulduzu Kilian Mbappe, "Barselona"dan isə Lamin Yamalın adı hallanır. Düzdür, istedadlı, bəyənilən futbolçular siyahısına Erlinq Holand, Vinisius Junior, Arda Gülər, Cud Bellingem kimi oyunçuların adlarını da yaza bilərik. Amma əsaslı olaraq Ronaldu-Messi rəqabətini xatırladacaq və ya bu cütün qarşıdurmasının eynisini yaşada biləcək rəqiblərin yenidən olacağı şübhə altındadır. Çünki adlarını sadaladığımız futbolçular Ronaldu və Messi rəqabətinin həyəcanını yenidən hiss etdirməyi hələ ki bacarmayıblar. Bəziləri Mbappeni Ronaldunun, Yamalı isə Messinin varisi kimi görürlər. Bunun belə olub-olmayacağını isə əlbəttə ki, zaman göstərəcək.
Ronaldu və Messi ümumilikdə FIFA və "France Football"dan "Qızıl Top"u 13 dəfə qazanaraq (Messi səkkiz, Ronaldu beş dəfə), təkcə öz dövrünün deyil, bütövlükdə bütün futbol tarixinin ən yaxşı oyunçuları hesab olunurlar.
Həm argentinalı, həm də portuqaliyalı müntəzəm olaraq bir mövsümdə 50 qol vurma həddinə çataraq yeni tarix yazdılar. Hazırda hər iki idmançı peşəkar karyeraları ərzində 800-dən çox qol vurub. İdman jurnalistləri və ekspertlər müntəzəm olaraq hər iki oyunçunun fərdi üstünlüklərini müzakirə edir, onlardan hansının daha yaxşı olduğunu sübut etməyə çalışırlar. Bəzi insanlar futbolçuların yalnız fərqli oyun keyfiyyətlərini, özünəməxsus istedadlarını təhlil etməyə üstünlük verirlər. Debatların bir hissəsi isə onların xasiyyətləri ətrafında cərəyan edir: Ronaldu təkəbbürlülüyə meyilli, Messi isə utancaq və təvazökar insan kimi təsvir olunur. İspaniyanın "Marca" və İtaliyanın "La Gazzetta dello Sport" nəşrləri hər iki futbolçunun ətraflı müqayisəsini aparmağa çalışıblar.
"Marca" fiziki hazırlıq, sürət və liderlik kateqoriyalarında Ronalduya üstünlük verib, Messinin daha yaxşı driblinqə malik olduğunu və daha çox komanda oyunçusu olduğunu qeyd edib. Amma bütün kateqoriyalar üzrə cütün ən yaxşısı Kriştianu hesab edilib.
"La Gazzetta dello Sport" Messinin texnika və driblinqdə üstünlüyünü təsdiqləyib və Ronaldunun başla daha yaxşı oynadığını qeyd edib. Sürət kateqoriyasında isə Ronaldu üstün olub. Bu araşdırmada isə cütün ən yaxşısı Lionel Messi olub.
Messi və Ronaldu arasındakı futbol rəqabəti boksda Məhəmməd Əli və Co Freyzer, tennisdə Byorn Borq və Con Makinroy, həmçinin "Formula-1" yarışlarında Ayrton Senna və Alen Prost arasındakı rəqabətlə müqayisə olunur.
Messi 2018-ci ildə 111 milyon dollar qazancla ən yüksəkmaaşlı idmançılar siyahısında birinci yeri tutmuşdu. Ronaldu isə həmin il 108 milyon dollar qazanmışdı. Əməkhaqqı, bonuslar və meydandan kənar qazanclardan ibarət ümumi gəlirə görə dünyanın ən varlı insanları sırasındadırlar.
İki ulduz, həmçinin, ən böyük sosial media auditoriyasına malikdir. Amma sözsüz ki, Kriştianu Ronaldu burada məğlubedilməzdir. Hər halda, bütün sosial şəbəkələrdə bir milyarddan çox abunə qazanmaq asan məsələ deyil.
Ronaldu ilə Messinin sayı-hesabı olmayan rekordları, bəlkə də, heç bir oyunçu tərəfindən qırıla bilməyəcək. Onlar 21-ci əsrin ən yaxşıları olduqlarını meydana çıxdıqları hər oyunda göstərməyi bacarırdılar. Yaş artdıqca karyeralarını bitirmək üzrə olan ulduzların bu günədək olan rekordlarına diqqət yetirək:
Lionel Messi
Messi avrokuboklarda 100-dən çox qol vuran iki futbolçudan biridir. "Barselona"da iyirmi il ərzində o, dövrümüzün ən böyük futbolçularından biri statusunu qazandı. Messi "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqası turnirinin qalibi olub. Əgər 2005-ci ildə o, hələ komandada əhəmiyyətli rola malik deyildisə, 2009, 2011 və 2015-ci illərdə artıq liderlər sırasında idi. 26 fevral 2023-cü ildə Fransa Liqasında PSJ-nin heyətində "Olimpik Marsel"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda Messi klub səviyyəsində 700 qol həddinə çatdı.
17 yaşında böyük komandada debüt etdikdən sonra argentinalı Çempionlar Liqasında və İspaniya çempionatında bir çox rekordları yenidən yazdı. Messi, həmçinin, avrokuboklar tarixində bütün zamanların bombardiri siyahısında (132 qol) və Çempionlar Liqası tarixində bütün zamanların bombardiri siyahısında (129 qol) Kriştianu Ronaldudan (müvafiq olaraq 145 və 140 qol) sonra ikinci yerdə qərarlaşdı.
Çempionlar Liqasının rekordları:
UEFA Çempionlar Liqasının qrup mərhələsində qol rekordu - 80 ("Barselona" üçün - 71)
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qol rekordu - 29
Bir klub üçün Çempionlar Liqasında ən çox qol - 120 ("Barselona")
Çempionlar Liqası mövsümlərinin vurulan qollarla rekord seriyası - 18
İspaniya La Liqasında rekordları:
İspaniya çempionatının qol rekordu - 474
İspaniya La Liqasında bir mövsümdə ən çox qol vurma rekordu - 50 (2011/12)
La Liqada ən çox het-trik edən futbolçu - 36
Fərdi rekordları:
Ən çox "Qızıl top"u qazanan futbolçu - 8
Ən çox "Qızıl buts"u qazanan futbolçu - 6
Klub səviyyəsində digər rekordlar:
Təqvim ilində vurulan rekord qol sayı - 2012-ci ildə 79 (beynəlxalq qollar daxil edilərsə, 91)
Bir klub üçün avrokuboklarda ən çox qol - 123 ("Barselona")
Kriştianu Ronaldu
Ronaldu iyirmi ildən çoxdur ki, qollar vurur və təsiredici müntəzəmliklə xalları qazanmağa davam edir.
UEFA Çempionlar Liqasını beş dəfə qazanan ilk futbolçu olan Ronaldu digər oyunçulardan daha çox turnirdə iştirak edib və daha çox qol vurub, lakin bu rekordlar aysberqin görünən hissəsidir. Belə ki, Kriştianu Ronaldunun saysız-hesabsız rekordları var.
Ronaldunun klub səviyyəsində və fərdi rekordları:
UEFA-nın klub yarışlarında ən çox çıxış - 197
UEFA-nın klub yarışlarında ən çox qol - 145
UEFA Çempionlar Liqasında ən çox qol - 140
UEFA Çempionlar Liqası mövsümündə ən çox qol - 17 (2013/14)
UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol - 67
UEFA Çempionlar Liqasının bombardiri - 2007/08 , 2012/13 , 2013/14 , 2014/15 , 2015/16 , 2016/17, 2017/18
UEFA Çempionlar Liqasında ən çox qarşılaşma - 183
UEFA Çempionlar Liqasının finalında ən çox qalibiyyət - 5
Üç UEFA Çempionlar Liqasının finalında qol vuran yeganə oyunçu
UEFA Çempionlar Liqasının qrupunda altı oyunun hamısında qol vuran iki oyunçudan biri
UEFA Çempionlar Liqasında ardıcıl 11 oyunda qol vuran yeganə oyunçu
Ən çox "UEFA Klub Futbolçusu"/"Ən Yaxşı Oyunçu"/"Kişi Oyunçusu" mükafatları - 4 (2008, 2014, 2016, 2017)
Portuqaliya millisindəki rekordları:
Avropa çempionatlarının final turnirlərində ən çox çıxış - 30
Avropa çempionatlarında ən çox çıxış (təsnifat oyunları daxil olmaqla) - 74
Avropa çempionatı finallarında ən çox qol - 14
Avropa çempionatında ən çox qol (təsnifat oyunları daxil olmaqla) - 55
Bir neçə Avropa çempionatında üç qol vuran yeganə oyunçu - 2012, 2016, 2020
Beş dünya çempionatında qol vuran yeganə oyunçu - 2006, 2010, 2014, 2018, 2022
Kişilər arasında beynəlxalq futbolda on het-trik edən ilk oyunçu
Avropa və Dünya Kuboku finallarında ən çox qarşılaşma - 52
Avropa və Dünya Kuboku finallarında ən çox qol - 22
Ən çox beynəlxalq çıxışlar - 214
Ən çox beynəlxalq qol: 132
Dünya futbolu tarixində ən çox qol vuran futbolçu: 90
Kriştianu Ronaldu | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Klub | Mövsüm | Liqa | Kubok | Qitə | Digər | Cəmi | |||||
Oyun sayı | Qollar | Oyun sayı | Qollar | Oyun sayı | Qollar | Oyun sayı | Qollar | Oyun sayı | Qollar | ||
"Sportinq" | |||||||||||
2002-03 | 25 | 3 | 3 | 2 | 3 | 0 | 0 | 0 | 31 | 5 | |
"Mançester Yunayted" | |||||||||||
2003-04 | 29 | 4 | 6 | 2 | 5 | 0 | 0 | 0 | 40 | 6 | |
2004-05 | 33 | 5 | 9 | 4 | 8 | 0 | 0 | 0 | 50 | 9 | |
2005-06 | 33 | 9 | 6 | 2 | 8 | 1 | - | 47 | 12 | ||
2006-07 | 34 | 17 | 8 | 3 | 11 | 3 | - | 53 | 23 | ||
2007-08 | 34 | 31 | 3 | 3 | 11 | 8 | 1 | 0 | 49 | 42 | |
2008-09 | 33 | 18 | 6 | 3 | 12 | 4 | 2 | 1 | 53 | 26 | |
"Real Madrid" | |||||||||||
2009-10 | 29 | 26 | 0 | 0 | 6 | 7 | - | 35 | 33 | ||
2010-11 | 34 | 40 | 8 | 7 | 12 | 6 | - | 54 | 53 | ||
2011-12 | 38 | 46 | 5 | 3 | 10 | 10 | 2 | 1 | 55 | 60 | |
2012-13 | 34 | 34 | 7 | 7 | 12 | 12 | 2 | 2 | 55 | 55 | |
2013-14 | 30 | 31 | 6 | 3 | 11 | 17 | - | 47 | 51 | ||
2014-15 | 35 | 48 | 2 | 1 | 12 | 10 | 5 | 2 | 54 | 61 | |
2015-16 | 36 | 35 | 0 | 0 | 12 | 16 | - | 48 | 51 | ||
2016-17 | 29 | 25 | 2 | 1 | 13 | 12 | 2 | 4 | 46 | 42 | |
2017-18 | 27 | 26 | 0 | 0 | 13 | 15 | 4 | 3 | 44 | 44 | |
"Yuventus" | |||||||||||
2018-19 | 31 | 21 | 2 | 0 | 9 | 6 | 1 | 1 | 43 | 28 | |
2019-20 | 33 | 31 | 4 | 2 | 8 | 4 | 1 | 0 | 46 | 37 | |
2020-21 | 33 | 29 | 4 | 2 | 6 | 4 | 1 | 1 | 44 | 36 | |
2021-22 | 1 | 0 | - | - | - | 1 | 0 | ||||
"Mançester Yunayted" | |||||||||||
2021-22 | 30 | 18 | 1 | 0 | 7 | 6 | - | 38 | 24 | ||
2022-23 | 10 | 1 | 0 | 0 | 6 | 2 | - | 16 | 3 | ||
"Ən-Nəsr" | |||||||||||
2022-23 | 16 | 14 | 2 | 0 | - | 1 | 0 | 19 | 14 | ||
2023-24 | 31 | 35 | 4 | 3 | 9 | 6 | 7 | 6 | 51 | 50 | |
2024-25 | 3 | 2 | 0 | 0 | 0 | 0 | 2 | 2 | 5 | 4 | |
Cəmi | 701 | 549 | 88 | 48 | 204 | 149 | 31 | 23 | 1,024 | 769 |
Lionel Messi | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Klub | Mövsüm | Liqa | Kubok | Qitə | Digər | Cəmi | |||||||||||
Oyun sayı | Qollar | Oyun sayı | Qollar | Oyun sayı | Qollar | Oyun sayı | Qollar | Oyun sayı | Qollar | ||||||||
----------------------------------- | |||||||||||||||||
----------------------------------- | |||||||||||||||||
"Barselona" | |||||||||||||||||
2004-05 | 7 | 1 | 1 | 0 | 1 | 0 | - | 9 | 1 | ||||||||
2005-06 | 17 | 6 | 2 | 1 | 6 | 1 | 0 | 0 | 25 | 8 | |||||||
2006-07 | 26 | 14 | 2 | 2 | 5 | 1 | 3 | 0 | 36 | 17 | |||||||
2007-08 | 28 | 10 | 3 | 0 | 9 | 6 | - | 40 | 16 | ||||||||
2008-09 | 31 | 23 | 8 | 6 | 12 | 9 | - | 51 | 38 | ||||||||
2009-10 | 35 | 34 | 3 | 1 | 11 | 8 | 4 | 4 | 53 | 47 | |||||||
2010-11 | 33 | 31 | 7 | 7 | 13 | 12 | 2 | 3 | 55 | 53 | |||||||
2011-12 | 37 | 50 | 7 | 3 | 11 | 14 | 5 | 6 | 60 | 73 | |||||||
2012-13 | 32 | 46 | 5 | 4 | 11 | 8 | 2 | 2 | 50 | 60 | |||||||
2013-14 | 31 | 28 | 6 | 5 | 7 | 8 | 2 | 0 | 46 | 41 | |||||||
2014-15 | 38 | 43 | 6 | 5 | 13 | 10 | - | 57 | 58 | ||||||||
2015-16 | 33 | 26 | 5 | 5 | 7 | 6 | 4 | 4 | 49 | 41 | |||||||
2016-17 | 34 | 37 | 7 | 5 | 9 | 11 | 2 | 1 | 52 | 54 | |||||||
2017-18 | 36 | 34 | 6 | 4 | 10 | 6 | 2 | 1 | 54 | 45 | |||||||
2018-19 | 34 | 36 | 5 | 3 | 10 | 12 | 1 | 0 | 50 | 51 | |||||||
2019-20 | 33 | 25 | 2 | 2 | 8 | 3 | 1 | 1 | 44 | 31 | |||||||
2020-21 | 35 | 30 | 5 | 3 | 6 | 5 | 1 | 0 | 47 | 38 | |||||||
PSJ | |||||||||||||||||
2021-22 | 26 | 6 | 1 | 0 | 7 | 5 | - | 34 | 11 | ||||||||
2022-23 | 32 | 16 | 1 | 0 | 7 | 4 | 1 | 1 | 41 | 21 | |||||||
"İnter Mayami" | |||||||||||||||||
2023 | 6 | 1 | 1 | 0 | - | 7 | 10 | 14 | 11 | ||||||||
2024 | 13 | 14 | - | 3 | 2 | 0 | 0 | 16 | 16 | ||||||||
Cəmi | 597 | 511 | 83 | 56 | 166 | 131 | 37 | 33 | 883 | 731 |
Rəylər